İnci Cleaningİnci Cleaning

BİZİM XİDMƏTLƏR

Xidmətlərimiz

Ev,ofis,villa və digər məişət xarakterli məntəqələrdə mütəmadi təmizliyin və gigienanın təşkili nəzərdə tutulur.  Xidmətə kreamo-qranit, mərmər,taxta, metal, şüşə, kapron, laminat və digər spesifik təmizliyə ehtiyac duymayan səthlərdən toz və çirkin təmizlənməsi daxildir. Istifadə olunan kimyəvi vasitələr ISO 9001 və ISO 9002 standartlarına cavab verir. Nəzərdə tutulan məkanın ölçülərinə müvafiq fiziki qüvvə və avadanlıq cəlb olunmaqla iş 6-8 saat ərzində təhvil verilir.

Mütəmadi təmizlənmə prossesinin olmadığı məkanlarda yüksək səviyyəli təmizlik və gigenik şəraitin yaradılması üçün xüsusi vasitələrdən , proffesional avadanlıqdan və əlavə fiziki dəstəkdən istifadə olunmaqla çoxqatlı və çoxşaxəli xidmətlərin təşkili nəzərdə tutulur.

Məişət xarakterli məntəqələrdə minimum vaxt ərzində təmizlik və gigienanın bərpası məkanın ölçülərinə müvafiq standartların üstündə işçi qüvvəsi və avadanlıqların cəlb olunması ilə həyata keçirilir. Sifarişçi üçün optimal vaxt intervalı və 24 saat xidmət imkanları təklif olunur.

Xidmətə A.B.Ş, İsrail və Avropa dan idxal olunan yüksək istifadə potensiallı  təmizlik vasitələri və texniki avadanlıqlardan  istifadə olunmaqla luks seqmentə daxil olan interyerin təmizlənməsi, tam orqanik vasitələrin köməyi ilə təmizlik üstü coveringin aparılması bu sahədə çoxillik iş təcrübəsi olan işçi heyyəti tərəfindən həyata keçirilir.

Lüks interyer komponentlərinin ləkə, zədə və aşınmadan yaranan qüsurlarının tam və ya qismən bərpası, yenilənməsi və adoptasiyası bu sahədə çoxillik iş təcrübəsi olan mütəxəssislərimiz tərəfindən həyata keçirilir.Bərpa olunacaq mebel və ya interyer komponenti yerində peşəkarlar tərəfindən dəyərləndirilir və maksimum mümkün nəticə sifarişçiyə təklif olunur.